Zelenski BMT TŞ-ni tənqid etdi: “Təhlükəsizlik Şurası haradadır? İşinizin effekti yoxdur!”
2022-04-05 20:06:00
Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasının üzvlərinə videokörpü vasitəsi ilə müraciət edib. Zelenski BMT TŞ-ni tənqid edərək, Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Şuranın işinin effektli olmadığını söyləyib.
Zelenski üzünü BMT TŞ iştirakçılarına tutaraq deyib: “Təhlükəsizlik Şurası haradadır? Aşkardır ki, bütün dünyada sülhün dəstəklənməsinə cavabdeh olan əsas institutunun fəaliyyətinin heç bir effekti yoxdur”.
Hürr Tərcüman
Hurriyyet.az