📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Brüsseldədir - Makron ona orden verib

2023-02-09 14:20:00

Zelenski Brüsseldədir - Makron ona orden verib

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla birlikdə təyyarə ilə Parisdən Brüsselə uçub. Bu gün o, Avropa parlamentində çıxış edəcək.

Zelenski dünən əvvəlcə Londona səfər edib, orada Britaniyanın Baş naziri Rişi Sunak və Britaniya kralı III Çarlzla görüşüb.

Ardından Zelenski Parisə yola düşüb. Makron Zelenskiyə "Fəxri legion" ordenini təqdim edib. "Ukrayna xalqı üçün. Əziz Volodimir, cəsarətin üçün sənə sayğılar", - deyə Fransa prezidenti “Tvitter” səhifəsində yazıb.

Hürr Tərcüman