📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski: “Bu silahlar Ukraynanın qələbəsini tezləşdirəcək”

2022-07-23 13:29:00

Zelenski: “Bu silahlar Ukraynanın qələbəsini tezləşdirəcək”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinalda xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski yeni müdafiə paketinə görə ABŞ Prezidenti Cozef Baydenə təşəkkürünü bildirib. Zelenski “Tvitter” səhifəsindəki açıqlamasında güclü silahlanmanın Ukrayna hərbçilərinin həyatını qorumağa yardım edəcəyinə və Ukrayna ərazilərinin Rusiya ordusundan azad edilməsinin sürətlənməsinə kömək edəcəyinə inandığını bildirib. Zelenski yazıb: “Xalqlarımız arasındakı strateji dostluğu yüksək qiymətləndirirəm. Birlikdə qələbəyə doğru!”

ABŞ Prezidentinin administrasiyası Ukraynaya 175 milyon dollar dəyərində yeni müdafiə dəstəyi paketinin ayrıldığını bildirib. Paketə Ukrayna Silahlı Qüvvələrinə silah verilməsi və ukraynalı hərbçilərə təlim keçirilməsi daxildir.

Hürr Tərcüman