Zelenski: "Bu tarixi saziş NATO-ya aparan körpüdür"
2024-06-14 10:29:32
Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Ukrayna ilə ABŞ arasında təhlükəsizlik razılaşması əldə edilib. İtaliyada keçirilən G7 ssammiti çərçivəsində imzalanmış müqavilədə təhlükəsizliklə bağlı 10 illik saziş öz əksini tapıb.
Ukrayna Prezidenti amerikalı həmkarı Cozef Baydenlə birgə mətbuat konfransında həmin günün tarixi gün olduğunu söyləyib, bu müqaviləni Ukraynanın NATO-ya üzvlüyü yolunda "körpü" adlandırıb.
Ukrayna artıq 16 ölkə - Böyük Britaniya, Almaniya, İslandiya, Danimarka, İspaniya, İsveç, Norveç, Portuqaliya, Belçika, Latviya, Finlandiya, İtaliya, Fransa, Kanada, Yaponiya və Niderland ilə ikitərəfli təhlükəsizlik sazişləri imzalayıb.
Hürr Tərcüman