📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski: “Dünya bu terroru dayandırmalıdır”

2022-10-22 18:04:00

Zelenski: “Dünya bu terroru dayandırmalıdır”

Bir gecədə 36 raket atılıb

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ötən gecə Rusiyanın Ukraynaya 36 raket atdığını, atılan raketlərdən çoxunun vurulduğunu bildirib.

Zelenski öz “Teleqram” kanalında yazıb: “Axşamdan bəri düşmən kütləvi hücuma keçib: 36 raket atıb. Atılan raketlərin əksəriyyəti vurulub”.

Zelenski Rusiyanın enerji obyektlərindən birinə endirdiyi zərbənin fotosunu paylaşaraq yazıb: “Fotoda düşmənin bizi necə sındırmağa çalışdığına dair nümunələrdən yalmız biri əks olunub. Bu, alçaq zərbələr mühüm obyektlərə endirilib. Terrorçuların xarakterik taktikasıdır. Dünya bu terroru dayandıra bilər və dayandırmalıdır”.

Ukraynanın Hava Qüvvələrinin verdiyi məlumata görə, şənbə günü səhər saatlarında Rusiya Ukraynaya Kalibr və X-101 qanadlı raketləri ilə hücum edib. Onlardan 18 ədədini HHM vurub.

Hürr Tərcüman