Zelenski Ərdoğana təşəkkürünü bildirdi
2022-07-23 15:30:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə, Rusiya, Ukrayna və BMT arasında “Taxıl və Qida Məhsullarının Ukrayna Limanlarında Təhlükəsiz Çıxarılması” müqaviləsinin imzalanmasındakı səylərinə görə, Türkiyə Prezidenti R.T.Ərdoğana və BMT-nin Baş katibi Antoniu Quterreşə təşəkkürünü bildirib.
Zelenski dünən İstanbulda imzalanan müavilə ilə bağlı “Feysbuk” hesabında video paylaşaraq minnətdarlığını bildirib: “Bu gün dövlətimiz və bütün sivil dünya mühüm bir razılaşma əldə edib”. O, bu müqavilənin Ukrayna limanlarından taxıl ixracının qarşısındakı əngəli qaldırdığını qeyd edib.
Hürr Tərcüman