📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Ərdoğana təşəkkürünü bildirdi

2022-12-09 15:59:00

Zelenski Ərdoğana təşəkkürünü bildirdi

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğanın Ukrayna ilə Rusiya arasında əsir mübadiləsinə kömək etdiklərini və buna görə çox minnətdar olduqlarını bildirib.

Zelenski İstanbulda “Gələcəyin formalaşdırılması: qeyri-müəyyənliklər, reallıqlar və imkanlar” mövzusunda keçirilən “TRT World Forum 2022” (TRT Dünya Forumu) tədbirində onlayn iştirak edib.

Zelenski videomüraciətində Qara dənizdə taxıl dəhlizinin açılmasında da Türkiyənin rolunu qeyd edib: “Bu ilin iyul ayından 40 ölkəyə 13 milyon tondan çox kənd təsərrüfatı məhsulu tədarük etdik. Qlobal bazara bunun təsiri oldu. Bizim ərzaq məhsullarını istehlak edən ölkələr də bunu sosial sabitlikdə gördülər. Bu, bizim gücümüzdür; biz Ukrayna-Türkiyə-Birləşmiş Millətlər Təşkilatının birgə səyləri ilə aclıq təhlükəsini dayandırırıq”.

Zelenski Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə dövlətinin Ukrayna ilə Rusiya arasında əsir mübadiləsinə kömək etdiyini və buna görə çox minnətdar olduqlarını bildirib.

Hürr Tərcüman