Zelenski: "Ərdoğanla birlikdə əlimizdən gələni edəcəyik"
2025-05-13 17:56:42
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski mayın 15-də, Ankarada Türkiyə Prezidenti R.T.Ərdoğanla danışıqlar aparacağını və RF Prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu bəyan edib.
Zelenski deyib: "Putin Ankaraya uçmağa hazır deyilsə, biz Ərdoğanla İstanbula yola düşməyə hazırıq. Biz bu görüşün baş tutması üçün hər şeyi edəcəyik".
Zelenski Putinlə axırıncı görüşünün 2019-cu ilin dekabrında olduğunu xatırladıb. Ukrayna Prezidenti deyib: "Nədən danışmaq lazım olduğunu başa düşürəm. Haqq bizim tərəfimizdədir. Lakin hesab edirəm ki, insanların xatirinə ilk addımı atmalıyıq. Biz heç olmazsa, müharibənin sonunun başlanması barəsində razılaşmalıyıq".
Hürr Tərcüman