Zelenski Ərdoğanla görüşdə müzakirə ediləcək məsələlərdən danışıb
2023-07-07 12:19:00
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı R.T.Ərdoğanla bu gün İstanbul şəhərində keçirilməsi nəzərdə tutan görüşündə taxıl müqaviləsi və Kiyevin NATO-ya daxil olması yolunda dəstəklənməsi məsələlərində razılıqlar əldə edəcəyinə inandığını bildirib.
Ukrayna Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Zelenski deyib: “Bir neçə məsələni müzakirə edəcəyik. Taxıl təşəbbsü. Ukraynanın NATO-ya daxil olmasının dəstəklənməsi çox mühüm məsələdir. Əsirləri dəyişdirmək məsələsi də müzakirə ediləcək. Danışmalı olacağımız çox məsələ var. İnanıram ki, Türkiyə Prezidenti ilə razılaşmalarımız olacaq”.
Hürr Tərcüman