📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Ərəb Liqası Dövlətlərinin sammitinə getdi – “Ən çox əziyyət çəkənlər Krım müsəlmanlarıdır”

2023-05-19 16:44:00

Zelenski Ərəb Liqası Dövlətlərinin sammitinə getdi – “Ən çox əziyyət çəkənlər Krım müsəlmanlarıdır”

Bu gün Yaponiyada keçirilən G-7 sammitində isə onlayn iştirak edəcək

Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ərəb Dövlətləri Liqası dövlətlərinin sammitində iştirak eləmək üçün Səudiyyə Ərəbistanına gedib. Zelenski vəliəhd şahzadə Məhəmməd bin Salman əl Səudla görüşəcəyini və ikitərəfli danışıqlar aparacağını bildirib.

Zelenski deyib: “Bizim prioritetlərimiz – Krımın bütün siyasi məhbuslarının və müvəqqəti olaraq işğal edilmiş ərazilərin, bütün əsirlərin, qanunsuz deportasiya edilənlərin qaytarılması, bizim sülh formulumuzun təqdim edilməsidir.  Bu sülh formulunun reallaşdırılmasına, növbəti qışda enerji təhlükəsizliyinin təmin edilməsinə mümkün qədər çox dövləti cəlb eləmək lazımdır.

Daha bir prioritet – Ukraynanın müsəlman icmasının müdafiəsidir. Rusiya işğalından ilk zərər çəkən Krım olub və işğal edilmiş Krımda represiyalardan əziyyət çəkənlərin əksəriyyəti müsəlmanlardır”.

Zelenski ilə birlikdə Ukrayna nümayəndə heyətinə Krım tatarları xalqının lideri Mustafa Cəmilov da daxildir.

Xəbər verdiyimiz kimi, mayın 19-da Yaponiyanın Xirosimo şəhərində G-7 sammiti işə başlayıb. “Blumberq” nəşri Zelenskinin bu sammitdə şəxsən iştirak edəcəyini xəbər versə də, rəsmi Kiyev Ukrayna Prezidentinin bu görüşə onlayn şəkildə qoşulacağını bildirib.

Hürr Tərcüman