Zelenski etiraf etdi: Görün iki il harada yaşayıb
2026-02-23 17:10:02
Ukrayna prezidenti Vladimir Zelenski iki il bunkerdə yaşadığını etiraf edib.
Hurriyyet.org xəbər verir ki, o, bu haqda "France Presse" agentliyinə danışıb.
"Mən iki il bunkerdə yaşadım", - deyə prezident bildirib.
Zelenski qeyd edib ki, müharibənin ilk günündən bunkerdə qalıb, yalnız Prezident Aparatındakı ofisinə gedib. O əlavə edib ki, artıq hava hücumu zamanı belə bomba sığınacağına enmir.
Xatırladaq ki, fevralın 22-də CNN Ukrayna prezidentinin müharibə başlayandan bəri təxminən 12 sui-qəsd cəhdindən sağ çıxdığını bildirib. Məlumata görə, Rusiya agentləri onu fiziki olaraq aradan götürmək məqsədilə Prezident Administrasiyasının yaxınlığında mənzillər kirayələyiblər.