📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Fransa hərbçilərindən imtina edir

2024-03-12 11:58:28

Zelenski Fransa hərbçilərindən imtina edir

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski BFMTV telekanalına müsahibəsində ölkəsinin Fransanın hərbi kontingentinə ehtiyacının olmadığını bildirib.
Zelenski deyib: "Nə qədər ki, Ukrayna müqavimət göstərir, Fransa ordusu Fransa ərazisində qala bilər. Sizin uşaqlarınız Ukraynada ölməyəcəklər".
Zelenskinin sözlərinə görə, yalnız Rusiyanın NATO ilə münaqişəyə daxil olduğu təqdirdə, Fransanın hərbi əməliyyatlarda iştirakından söhbət gedə bilər. Zelenski Ukraynanın NATO üzvü olmadığını xatırladıb, eyni zamanda bildirib ki, Ukrayna əsgərlərinə təlim keçmək və silah istehsalı və təmirini öyrətmək üçün alyansın hərbi və texniki personalının gəlişinin əleyhinə deyil. Zelenski Ukraynanın mərmi çatışmazlığından, aviablokadadan, Rusiyanın uzaqvuran raketlərindən və dronlarından əziyyət çəkdiyini deyib. Zelenski minlərlə kilometrlər boyunca üç müdafiə xəttinin qurulduğunu da söyləyib.
Hürr Tərcüman