📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski: “G20 sammitində cavablarımızı hamı eşidəcək”

2022-11-14 10:57:00

Zelenski: “G20 sammitində cavablarımızı hamı eşidəcək”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski G20 sammitində çıxış eləmək niyyətində olduğunu təsdiqləyib. O, dünən axşamkı videomüraciətində 15-16 noyabr tarixində İndoneziyanın Bali adasında keçiriləcək Böyük İyirmilik sammitində Ukraynanın mövqeyinin hərtərəfli şəkildə təqdim ediləcəyini bildirib: “Ukrayna üçün olduqca mühüm həftəyə, diplomatik həftəyə çox fəal şəkildə hazırlaşırıq. İndoneziyada “İyirmilik qrupu”nun sammiti keçiriləcək. Bizim mövqeyimiz çox məzmunlu şəkildə təqdim ediləcək".

Zelenski deyib: “İndi səsləndirilən bir çox suallara cavablarımızı verəcəyik. Cavablarımızın bizi dəstəkləyən hər kəsin, hamının, bizim adamlarımızın, tərəfdaşlarımızın eşitməsinə çalışacağıq. Mənim çıxışım şərşənbə axşamı olacaq”.

Hürr Tərcüman