📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski gələn həftə Baydenlə görüşəcək

2023-09-14 23:57:14

Zelenski gələn həftə Baydenlə görüşəcək

Ukrayna Prezidenti Vladimir Zelenski gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə səfəri zamanı amerikalı həmkarı Co Baydenlə görüşmək niyyətindədir.

Bu barədə NBC televiziyası Ukrayna hakimiyyətinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

Ukraynalı məmur görüşün Baş Assambleya çərçivəsində baş tutacağı, yaxud Baydenin Vaşinqtonda Zelenskini qəbul edəcəyi barədə məlumatlı olmadığını bildirib.\\Axar.Az