📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski gələn il prezident seçkisi keçirməyi hədəfləyir

2024-09-26 21:30:08

Zelenski gələn il prezident seçkisi keçirməyi hədəfləyir

Prezident Vladimir Zelenski 2025-ci ildə Ukraynada prezident seçkiləri keçirməyi planlaşdırır.

Hurriyyet.Az xəbər verir ki, bu barədə "Ekonomist" nəşri məlumat yayıb.

Məlumata görə, Ali Radadakı bütün siyasi partiyalar 2023-cü ildə ölkədə münaqişə bitənə qədər bütün seçkiləri təxirə salmağa razılaşdırıb.

Bildirilib ki, Zelenski hakimiyyətini möhkəmləndirmək üçün növbəti il seçkilər keçirməyi hədəfləyir.

Prezidentliyə iddialı namizədlərdən biri Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıdır.

Nəşr qeyd edir ki, Ukrayna seçiciləri ölkəyə rəhbərlikdə yeni liderlər görmək istəyir.

Qeyd edək ki, V.Zelenski 2019-cu ildən Ukraynanın prezidentidir. \\Axar.az