📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Gürcüstan şirkətinə qarşı sanksiyalar qoydu

2023-07-01 13:38:00

Zelenski Gürcüstan şirkətinə qarşı sanksiyalar qoydu

Hurriyyet.az xəbər “Qruziya onlayn” portalına istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya birbaşa hava uçuşlarını bərpa edən “Gürcüstan Hava Yolları” (Georgian Airways) şirkətinə qarşı 10 illik sanksiya tətbiq edib.

Məhdudiyyətlər siyahısına vəsaitlərin dondurulması, ticarət əməliyyatlarının, iqtisadi və maliyyə öhdəliklərinin yerinə yetirilməsinin dayandırılması, Ukrayna ərazisindən keçən uçuşların qadağan edilməsi,lisenziyaların və digər icazələrin ləğv edilməsi və s. daxildir.

Ukraynanın qəbul elədiyi yeni sanksiyalar siyahısına 190-dan artıq fiziki, 290-dan artıq hüquqi şəxs, o cümlədən, Rusiyanın zavodları və şirkətləri daxil edilib.

Hürr Tərcüman