📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Gürcüstan və Mərakeşdəki səfirlərini işdən çıxardı – “Boş yerə vaxt keçirirlər”

2022-04-01 13:48:00

Zelenski Gürcüstan və Mərakeşdəki səfirlərini işdən çıxardı – “Boş yerə vaxt keçirirlər”

Hurriyyet.az “Yeni Şafak” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski vəzifədə olduqları ölkələrdə Rusiyaya qarşı təsrili diplomatik uğur qazana bilməyən Mərakeş və Gürcüstan səfirlərini geri çağıraraq vəzifədən çıxarıb. Zelenski deyib: “Vəzifədə qala bilmək üçün boş yerə vaxt keçirənlər var”.

Zelenski deyib: “Ölkənin müdafiəsi və gələcəyini əldə edə bilməsi üçün çalışan insanlar var. Belə vəzifə sahiblərinə həmişə hörmət edirik. Bir də vəzifədə qala bilmək üçün boş yerə vaxt keçirənlər var. Əgər ölkələri Rusiyaya qarşı sanksiya tətbiq eləməyə inandıra bilmirsinizsə, özünüzə başqa iş axtarın. Mərakeş və Gürcüstan səfirlərini geri çağırdım. Bundan başqa, Latın Amerikası, Yaxın Şərq, Cənub-Qərbi Asiya və Afrika ölkələrində işləyən təmsilçilərimizdən də nəticə gözləyirəm”.

Hürr Tərcüman