Zelenski: “Həlledici vaxt yetişib, Ukrayna Avropa İttifaqına qəbul edilməlidir”
2022-02-26 12:45:00
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın Avropa İttifaqına daxil olması qərarını qəbul eləməyi və bununla da çoxillik diskussiyanı birdəfəlik yekunlaşdırmağı xahiş edib.
Prezident bu barədə öz “İnstaqram” səhifəsində yazıb: “Həlledici vaxt yetişib, indi çoxillik müzakirələri birdəfəlik dayandırmaq və Ukraynanın Aİ-yə üzv olması qərarını qəbul eləmək zamanıdır. Şarl Mişel ilə birlikdə ukraynalıların azad gələcək uğrunda qəhrəman mübarizəsinə fəal kömək məsələsini müzakirə elədik”.
Hürr Tərcüman