Zelenski hərbi planlarını açıqladı: “Türkiyə ilə razılaşdıq”
“Krımın işğalının başa çatmasının ilk addımları olacaqdır”
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski 2035-ci ilə qədər qurulması planlaşdırılan yeni donanma ilə bağlı Türkiyə ilə razılaşmalar əldə edildiyini açıqlayıb.
Ukrayna NATO və Avropa İttifaqına daxil olmaq istiqamətində hərb və müdafiə sənayesi sahəsində mühüm dəyişikliklər etməkdədir. Ordunun texnoloji təchizatını gücləndirmək üçün Türkiyə də daxil olmaqla, bir çox ölkə ilə əməkdaşlıq edir.
Zelenski açıqlamasında deyib: “Yeni donanmanın qurulması ilə bağlı layihəni 3 mərhələdə həyata keçirəcəyik. Birinci mərhələ 2024-cü, ikincisi 2030-cu, üçüncü və son mərhələ isə 2035-ci ilə qədər tamamlanacaq. Dəniz bazaları inkişaf etdiriləcək, donanma yeni sualtı gəmilər, hərbi katerlər və korvetlər ilə təmin ediləcək. Layihənin ilk işləri Berdyansk şəhərində görüləcək. İngiltərə və ABŞ kimi ölkələrdən tam dəstək aldıq. ABŞ Prezidenti Cizef Bayden ilə görüşümüzdə bu məsələni də müzakirə edəcəyik. Qara dəniz və Azov dənizinin qarşısındakı əngəllərin aradan qaldırılması isə Krımın işğalının başa çatmasının ilk addımları olacaqdır. Bu məsələlərdə Türkiyə ilə də ciddi razılaşmalarımız var”.
Türkiyə-Ukrayna strateji əməkdaşlığı
Türkiyə ilə Ukrayna birgə SİHA və korvet istehsalı kimi bir çox sahədə birlikdə fəaliyyət göstərən iki strateji tərəfdaşdır. Bu tərəfdaşlıqla bağlı hər iki ölkədən verilən açıqlamalarda ticarət və əməkdaşlıq həcminin artırılacağı bildirilir.