📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski hərbi vəziyyət elan etdi: "Evlərinizdən çıxmamağa çalışın"

2022-02-24 10:15:00

Zelenski hərbi vəziyyət elan etdi:

" Ukraynanın bir çox şəhərlərində partlayış səsləri eşidilir"

Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın müharibəyə başlaması səbəbindən ölkədə hərbi vəziyyət elan edib.

Zelenski canlı efirdə müraciətində deyib: “Səhər saatlarında Putin Donbassda xüsusi hərbi əməliyyata başlayacağını elan edib. Rusiya bizim hərbi infrastrukturumuza və sərhədçilərimizə zərbələr endirib. Ukraynanın bir çox şəhərlərində partlayış səsləri eşidilib. Biz Ukraynanın bütün ərazisində hərbi vəziyyət rejimi tətbiq edirik”.

Zelenski “bir dəqiqə əvvəl” ABŞ Prezidenti Co Baydenlə telefonla danışdığını və onların artıq beynəlxalq dəstək hazırlamağa başladıqlarını deyib.

Zelenski vətəndaşlara müraciətində deyib: “Bu gün sizin sakitliyi qorumağınız gərəkdir. İmkan daxilində evlərinizdən çıxmayın. Biz işləyirik, ordu iləyir, təhlükəsizlik və müdafiə sektorlarının hamısı işləyir...

Təşvişə düşməyin, biz güclüyük, hamısına qalib gələcəyik. Çünki biz – Ukraynayıq. Yaşasın Ukrayna”.

Hürr Tərcüman