📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski hərbi vəziyyətlə bağlı Radaya MÜRACİƏT ETDİ

2022-03-15 10:50:00

Zelenski hərbi vəziyyətlə bağlı Radaya MÜRACİƏT ETDİ

Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radaya ölkədə hərbi vəziyyətin daha 30 gün uzadılması ilə bağlı qanun layihəsi təqdim edib.

Hurriyyet.az xəbər verir ki, layihə parlamentin saytında dərc olunub.

Sənəd martın 26-dan hərbi vəziyyətin daha 30 gün uzadılmasını nəzərdə tutur.

Qeyd edək ki, Ukraynada hərbi vəziyyət rejimi Rusiyanın hücumunun ilk günü - 24 fevralda 30 gün müddətinə tətbiq edilib.