Zelenski ilə Netanyahunun görüşü gözlənilir
2023-09-13 10:02:09
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Nyu-Yorkda İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşü planlaşdırılır. Bu bardə məlumatı İsrailin Kiyevdəki səfiri Mixael Brodski “İks” (X – “Tvitter”) şəbəkəsində verib. Diplomat yazıb: “İsrailin Baş naziri ilə Ukrayna Prezidentinin yaxın günlərdə Nyu-Yorkd BMT-nin Baş Assambleyasındakı iclası zamanı görüşəcəklər”.
Hürr Tərcüman