📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski ilə Yermak Səudiyyə Ərəbistanındakı danışıqlarda iştirak edəcəklərmi?

2025-02-17 12:49:04

Zelenski ilə Yermak Səudiyyə Ərəbistanındakı danışıqlarda iştirak edəcəklərmi?

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak ABŞ ilə Rusiya arasında Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı keçiriləcək məşvərətdə iştirak etməyi planlaşdırmırlar.
Bu barədə "Vaşinqton Post" nəşri mənbələrə istinadla məlumat verib.
Qəzet yazır: "Vəziyyətlə tanış olan mənbə bildirib ki, nə Zelenski, nə də onun baş köməkçisi Andrey Yermak Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə iştirak etməyi planlaşdırmırlar".
Məqalədə daha sonra deyilir: "Tramp administrasiyasının münaqişənin dayandırılmasına yanaşması Amerika-Ukrayna münasibətlərində gərginliyin güclənməsinə səbəb olub. Böhran başlanandan sonra ABŞ Ukraynaya onlarla milyard dollar qiymətində silahlar göndərib. Lakin Donald Tramp vəzifə başına keçəndən sonra Vaşinqtonun daha Kiyevə qarşı müddətsiz hərbi öhdəliklər götürə bilməyəcəyini bəyan edib". 
Hürr Tərcüman