📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski İran dronlarına meydan oxudu “Biz Moskvanın hava gücünün qanadlarını sındırırıq!”

2022-10-28 15:36:00

Zelenski İran dronlarına meydan oxudu “Biz Moskvanın hava gücünün qanadlarını sındırırıq!”

Oktyabrın 28-də Ukrayna prezidenti vurulmuş İran istehsalı olan “Şəhid 136” pilotsuz təyyarəsinin qalıqlarının fotosunu dərc edərək, ölkəsinin Moskvanın hava qüvvələrinin “qanadlarını” kəsəcəyinə söz verib.
Ukraynanın paytaxtı Kiyevdən danışan Vladimir Zelenski əlavə edib ki, Rusiya son iki gündə Ukraynaya 30 dəfədən çox insansız uçaqlarla hücum edib.
Ötən həftə Rusiyanın İrandan 2000 pilotsuz təyyarə sifariş etdiyini açıqlayan Ukrayna, Rusiya ordusunun bu günə qədər 400 İran pilotsuz təyyarələrindən istifadə etdiyini bildirib.
“Görünür, Rusiya İrandan aldığı dronlar qarşılığında İranın nüvə proqramının inkişafına kömək edir”,-deyə, Ukrayna prezidenti bildirmişdi.

Ülviyyə, Hurriyyet.az