Zelenski İrana sanksiyaları təsdiqlədi
2023-04-01 20:24:00
Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən müəyyənləşdirilən yeni sanksiyaları təsdiqləyib.
Sanksiya siyahısına düşənlər sırasında İran təşkilatı və vətəndaşları da var.
Bu sanksiyalar İslam İnqilabı Keşikçiləri Korpusunun Tədqiqat və Özünütəminat Cihad Təşkilatına və səkkiz nəfər İran vətəndaşına aiddir.\\Axar.Az