📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski İrəvana getməyəcək - Ermənilər bunun Bakının qərarı olduğunu iddia edirlər

2024-03-01 15:33:07

Zelenski İrəvana getməyəcək - Ermənilər bunun Bakının qərarı olduğunu iddia edirlər

Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Ermənistana səfəri ləğv edilib. 
Bu barədə məlumatı Ermənistan mətbuatına ölkə rəhbərliyindəki mənbələr verib.
"Radar Amenia" nəşrinin yazdığına görə, Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan və Ermənistana işgüzar səfərlərini təxirə salıb. Dəqiq səbəb açıqlanmır. Erməni qəzetinin iddiasına görə, səfərin ləğv olunmasını rəsmi Bakı qərara alıb. 
Bundan əvvəl yayılan məlumatlarda mart ayında Zelenskinin Bakı ilə İrəvana səfərlər edəcəyi xəbər verilmişdi.
Hürr Tərcüman