📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski işğaldan azad olunan Xersona getdi

2022-11-14 14:49:00

Zelenski işğaldan azad olunan Xersona getdi

Ukrayna Prezidenti Volodimir Zelenski  Xerson şəhərinə gedib. 

Hurriyyet.az sfera.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik bildirir ki, Zelenski Ukrayna əsgərləri və təhlükəsizlik qüvvələrinə təşəkkür edib. Prezident onların Xersonu Rusiya ordusunun nəzarətindən azad etmək üçün sarsılmaz fədakarlığını və mübarizəsini yüksək qiymətləndirib.

Qeyd edək ki, noyabrın 10-u Ukraynanın Xerson vilayətinin bəzi yaşayış məntəqələrini işğal etmiş rus qoşunları geri çəkilib.