📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski İsrailə səfər edəcəkmi?

2023-11-07 17:52:40

Zelenski İsrailə səfər edəcəkmi?

Hurriyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin İsrailə səfəri qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Bu barədə məlumatı “Tayms of İsrael” nəşri öz diplomatik mənbələrinə istinadla verib. Məlumatda bildirilir ki, Zelenski İsrailə səfər fikrindən daşınmayıb, sadəcə, səfərin tarixi müəyyənləşdirilməyib. Mənbə deyib: “Prezident Zelenski İsrailə nə vaxt gələrsə, onu sevinclə qarşılayacağıq”.

Hürr Tərcüman