📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski: Kaxovka SES-in partladılacağını öncədən bilirdik

2023-06-06 21:00:00

Zelenski: Kaxovka SES-in partladılacağını öncədən bilirdik

Kaxovka SES-in bəndinin partladılacağını öncədən bilirdik.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Kəşfiyyatımızda bu barədə informasiya var idi. Biz işğalçıların hələ ötən il bəndi minaladığını bilirdik. Lakin biz düşmənin minaladığına nəzarət etmirik”, - deyə Zelenski bildirib.

Qeyd edək ki, bu gecə ruslar Kaxovka Su Elektrik Stansiyasındakı (SES) bəndi partladıblar.

Bölgədəki yaşayış məntəqələri üçün subasma təhlükəsi yaranıb. \\Axar.Az