Zelenski Kim Çen Ina müraciət edib
2025-01-13 11:58:44
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Şimali Koreya lideri Kim Çen Ina müraciət edib. O, Rusiyaya əsir düşmüş ukraynalılarla mübadilə müqabilində Ukraynanın əsir düşmüş şimali koreyalı hərbçiləri KXDR rəhbərinə verməyə hazır olduğunu bəyan edib.
Onun sözlərinə görə, Şimali Koreyaya qayıtmaq istəməyən əsgərlər üçün isə başqa variantlar olacaq.
Zelenski deyib: "Bu müharibə barəsindəki həqiqətləri Koreya dilində yaymaqla sülhü yaxınlaşdırmaq istədiyini bildirənlərə belə bir imkan veriləcək".
Hürr Tərcüman