Zelenski Kissincerlə görüşüb
2023-09-21 12:58:56
Hurriyyet.az xəbər verir ki, CNN telekanalının yaydığı məlumata görə, Ukrayna Prezidenti Vladimir Zelenski Nyu-Yorkda ABŞ-ın keçmiş (1973-77) dövlət katibi Henri Kissincer və amerikalı biznesmenlərlə görüşərək, onlarla birlikdə Ukraynanın bərpası məsələsini müzakirə edib.
Kanalın xəbərinə görə, görüş çərşənbə günü şəhərin mərkəzi rayonu Manhettendə baş tutub. Tədbirdə Kissincerlə yanaşı milyarderlər Mayk Blumberq, Barri Sternlixt, Robert kraft, Bill Ekman, həmçinin “Quql” (“Google”) şirkətinin keçmiş baş direktoru Erik Şmidt iştirak edib.
Televiziya kanalı görüşün məqsədinin Ukraynanın bərpası üçün səylərin müzakirəsi olduğunu bildirib.
Hürr Tərcüman