📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Kremlin Moskvaya dəvət təklifinə cavab verib

2026-01-30 12:35:29

Zelenski Kremlin Moskvaya dəvət təklifinə cavab verib

Ukrayna Prezidenti Volodimir Zelenski Kremlin Rusiya dövlət başçısı Vladimir Putinlə Moskvaya danışıqlara gəlmək üçün israrlı dəvətlərinə münasibət bildirib.

APA-nın "Ukrainskaya Pravda"ya istinadən verdiyi xəbərə görə, Zelenski bu məsələyə jurnalistlərlə söhbəti zamanı toxunub.

"Şübhəsiz ki, Putinlə Moskvada görüşməyim mümkün deyil. Mən də onu Kiyevə dəvət edə bilərəm, qoy gəlsin. Əlbəttə, qərar verərsə, onu açıq şəkildə dəvət edirəm", - Zelenski qeyd edib.