Zelenski Krım tatarı Rüstəm Umerovu Müdafiə naziri təyin etdi
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Krım tatarı olan Rüstəm Umerovu Müdafiə naziri təyin eləməyi qərara aldığını bildirib.
Zelenski sosial şəbəkədəki paylaşmasında yazıb: “Ukraynanın Müdafiə nazirini dəyişdirməyi qərara aldım. Oleksiy Reznikov 550 gündən uzun sürən irimiqyaslı müharibəni yaşadı... İndi nazirliyin rəhbərliyinə Rüstəm Umerov keçməlidir”.
Zelenski parlamentin bu qərarı dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib.
Reznikov 2021-ci ildən bəri Ukraynanın Müdafiə Nazirliyinə başçılıq edib.
Qeyd edək ki. bu gün "Aydınlık" qəzetində nəşr edilən məqalədə (https://www.aydinlik.com.tr/haber/ukraynaya-fetocu-savunma-bakani-415738) Türkiyənin avrasiyaçı "Vətən" partiyasının Rusiya təmsilçisi Mehmet Perinçekin Rüstəm Umerovu FƏTÖ tərəfdarı hesab elədiyi yazılıb.
Hürr Tərcüman
![]()