📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Kurskdakı irəliləyişdən və əsirlərdən danışıb

2024-08-14 14:49:52

Zelenski Kurskdakı irəliləyişdən və əsirlərdən danışıb

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində irəlilədiklərini və 100 nəfərdən artıq rusiyalı hərbçinin əsir götürüldüyünü bəyan edib.
Zelenski Ukraynanın baş komandanı Aleksandr Sırskinin səhər hesabatı barəsində danışarkən deyib: "Kursk vilayətində irəli gedirik. Sutkanın əvvəlindən bəri müxtəlif ərazilərdə bir və ya iki kilometr irəliləyiş olub. Elə həmin müddət ərzində 100 nəfərdən artıq rusiyalı hərbçi əsir düşüb".
Zelenski Ukraynanın "bizim şərqimizi bir saniyə də unutmadığını" və oraya əlavə silah göndərilməsinin qərara alındığını söyləyib.
Hürr Tərcüman