📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Makron və Mertslə görüşüb – Kiyevin ehtiyacları müzakirə olunub

2026-11-20 11:37:31

Zelenski Makron və Mertslə görüşüb – Kiyevin ehtiyacları müzakirə olunub

Ukrayna prezidenti Volodimir Zelenski Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mertslə görüşüb.

Hurriyyet.net  xarici mediaya istinadla xəbər verir ki, o, bunu Telegram kanalında açıqlayıb.

Zelenskinin sözlərinə görə, tərəflər hava hücumundan müdafiə imkanları, enerji və digər infrastrukturun qorunması da daxil olmaqla, Kiyevin əsas məsələlərini və ehtiyaclarını müzakirə ediblər.

Zelenski əlavə edib ki, "könüllülər koalisiyasının bugünkü iclasının və liderlərlə ikitərəfli görüşlərin məhsuldar olması vacibdir".