📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Makronla görüşdü - Əməkdaşlığı müzakirə etdilər

2026-05-16 21:12:19

Zelenski Makronla görüşdü - Əməkdaşlığı müzakirə etdilər

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla Hava Hücumundan Müdafiə (HHM) sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

Modern.az xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yazıb.

"Fransa raket hücumundan müdafiə sahəsində işləməyə hazırdır. Biz həmçinin Rusiyanın hücumlarının dəf edilməsi üzrə imkanlarımızın gücləndirilməsini müzakirə etdik. Hava Hücumundan Müdafiəmizi gücləndirməyə hazırlığınıza görə təşəkkür edirəm", - o qeyd edib.

V.Zelenski həmçinin Fransa lideri ilə Ukraynanın avrointeqrasiyası və yaxın vaxtlarda bütün danışıqlar klasterlərinin açılması məsələlərini müzakirə edib.