📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Makronla telefonla danışdı

2024-02-10 23:20:55

Zelenski Makronla telefonla danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə Zelenski teleqram kanalında yazıb.

“Biz döyüş meydanındakı vəziyyəti və Ukraynanın müdafiə ehtiyaclarını, yaxın mənzilli pilotsuz uçuş aparatlarını, artilleriya sistemləri və mərmiləri, hava hücumundan müdafiə sistemlərinin xüsusiyyətlərini müzakirə etdik”, - Zelenski qeyd edib.

Bundan əlavə, onlar G7 Vilnüs Bəyannaməsi çərçivəsində təhlükəsizlik təminatlarına dair ikitərəfli sənədin hazırlanmasını müzakirə ediblər. \\Ölkə.az