📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Makronla Ukraynadakı vəziyyəti müzakirə etdi

2022-02-12 23:49:00

Zelenski Makronla Ukraynadakı vəziyyəti müzakirə etdi

Ukrayna prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla Normandiya formatını və Donbass üzrə işçi qrupunu müzakirə etdiyini bildirib.

Bu barədə Ukrayna Prezidenti “Twitter” səhifəsində yazıb.

“Biz Emmanuel Makronla dialoqu davam etdirdik. Mən ona Ukraynaya səfərinə görə təşəkkür etdim. Biz “Normandiya dördlüyü” formatını, təhlükəsizliklə bağlı vəziyyəti və sülh prosesinin intensivləşdirilməsi yolları haqqında danışdıq. Mən Emmanuel Makronun gərginliyin azaldılması prosesində şəxsi iştirakını yüksək qiymətləndirirəm”, – deyə Zelenski qeyd edib. \\Konkret