📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski: “Mövcud şəraitdə Rusiya ilə müzakirə aparmaq çox çətin olsa da, başqa yol yoxdur”

2022-04-05 16:22:00

Zelenski: “Mövcud şəraitdə Rusiya ilə müzakirə aparmaq çox çətin olsa da, başqa yol yoxdur”

Hurriyyet.az “Akşam” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski mövcud şəraitdə Rusiya ilə müzakirə aparmağın çox çətin olduğunu, lakin bundan başqa çıxış yolunun olmadığını söyləyib.

Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşünün olub-olmayacağı ilə bağlı açıqlama verən Zelenski deyib: “Rusiya Prezidenti Vladimir Putin ilə aramızda görüşün keçirilməməsi ehtimalı var. Mövcud şəraitdə Rusiya ilə müzakirə aparmaq çox çətin olsa da, başqa çıxış yolumuz yoxdur. Əsas məsələ müzakirələrin olub-olmayacağı deyil, əsas məsələ müzakirə masasında nə qədər güclü olacağımızdır”.

Buçadakı soyqırım barəsində danışan Zelenski deyib: “Ukrayna müharibə cinayətkarlarını arayacaq. Lazım olanı digər ölkələrin prokurorları edəcəklər”.

Hürr Tərcüman