📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski: "NATO dövlətləri İsraili niyə müdafiə elədilər?"

2024-04-16 13:19:40

Zelenski:

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski PBS kanalına müsahibəsində İsrailin NATO üzvü olmasına baxmayaraq, alyans ölkələrinin onu müdafiə elədiklərini söyləyib.
Zelenski deyib: "Müttəfiqlərin bizə hər hansı bir silahı verə bilmədiklərini, yaxud da bu və ya digər qüvvələrini Ukraynaya göndərə bilmədiklərini deyəndə, bu halda Ukrayanın NATO-nu müharibəyə cəlb edə biləcəyini söyləyirlər. Sual vermək istəyirəm. İsrail NATO üzvüdür, yoxsa yox? Cavab: İsrail NATO ölkəsi deyil. NATO üzvləri və NATO-nun müttəfiqləri olan ölkələr İsraili müdafiə etdilər. Bu da NATO-nu müharibəyə cəlb eləməmək üçün Ukraynaya çox ehtiyatla kömək etmək lazım olduğunu barəsində istənilən qitədə edilən çıxışlara cavabdır".
Zelenski ABŞ-ın yardımı olmasa, Ukraynanın müharibəni uduzacağını da əlavə edib.
Hürr Tərcüman