Zelenski "Neftliks"də filmə çəkilib
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski "Netfliks" platformasının "Dönüş nöqtəsi: bomba və soyuq müharibə" adlı 9 seriyalı yeni filmində çəkilib. Serialın treyleri "Yutub" şəbəkəsində yayılıb.
Sənədi serialın qəhrəmanları soyuq müharibə dövrünü, nüvə silahının yaradılmasını, SSRİ-nin dağılmasını, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını müakirə edirlər. Filmdən yayılan hissədə Zelenski Rusiyanın Ukraynanı öz mülkü kimi gördüyünü deyib. Zelenskinin çəkildiyi kadrlardan reklam rolikində də istifadə edilib.
Filmdə həmçinin, NATO-nun Baş katibi Yens Stoltenberq, MKİ-nin keçmiş direktoru RObert Qeyts və ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays iştirak edirlər.
Filmin rejissoru Brayan Kippenberqer Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı soyuq müharibənin fəsadlarından biri hesab elədiyini bəyan edib.
Filmin martın 12-də efirə çıxacağı gözlənilir.
Hürr Tərcüman