📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski nüvə təhlükəsi ilə bağlı təcili dünyaya müraciət elədi - VİDEO

2023-06-22 13:28:00

Zelenski nüvə təhlükəsi ilə bağlı təcili dünyaya müraciət elədi - VİDEO

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski "Teleqram" kanalında təcili müraciət yayaraq Ukrayna kəşfiyyatının əldə elədiyi məlumata görə, Rusiyanın Zaporojye Atom Stansiyasında terror aktı törətməyə hazırlaşdığını bildirib.

Zelenski deyib: “İndicə bizə Ukraynanın Təhlükəsizlik Xidmətindən və kəşfiyyatımızdan hesabat verilib. Kəşfiyyatın əlində olan informasiyaya görə, Rusiya Zaporojye Atom Stansiyasında terror aktı törətməyə hazırlaşır. Terror nəticəsində havaya radiasiya tullantıları atılacaq. Onlar bunun üçün hər şeyi hazırlayıblar.

Bizdə olan bütün informasiyanı tərəfdaşlarımıza – dünyadakı hər kəsə çatdırırıq. Avropaya, Amerikaya, Çinə, Braziliyaya, Hindistana, ərə dünyasına, Afrikaya. Bütün ölkələr, bütün dövlətlər bunu bilməlidirlər. Beynəlxalq təşkilatlar. Hamı”.

Hürr Tərcüman