📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski onu vəzifəsindən azad etdi - FOTO

2024-06-24 22:06:17

Zelenski onu vəzifəsindən azad etdi - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Yuri Sodolu vəzifəsindən azad edib.

"Hurriyyet" “Qafqazinfo”-ya istinadla əbər verir ki, bu barədə o, teleqram kanalında yayımladığı videomüraciətdə bildirib.

Ölkə başçısı onun yerinə briqada generalı Andrey Qnatovun təyin edildiyini açıqlayıb.

“Mən Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Yuri Sodolu briqada generalı Andrey Qnatovla əvəz etmək qərarına gəldim”, - deyə Zelenski bildirib.

Fotoda: Andrey Qnatov və Yuri Sodol