📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski onun müraciətini dinləməkdən imtina edən ölkəyə gedə bilər

2023-07-04 20:22:00

Zelenski onun müraciətini dinləməkdən imtina edən ölkəyə gedə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin yeni hökumətinin dəvəti ilə Bolqarıstana səfər edə bilər.

Bu barədə Bolqarıstanın “24 saat” nəşri məlumat yayıb.

Zelenskinin səfərinin təfərrüatları hələ dəqiqləşdirilməyib, lakin onun iyulun 6-da baş tutacağı gözlənilir. Təhlükəsizlik baxımından dəqiq vaxt gizli saxlanılır.

Qeyd edək ki, Bolqarıstanda yeni parlament təyin olunub.

Bundan əvvəl parlamentin sonuncu çağırışının deputatları Ukrayna prezidentinin müraciətini dinləməkdən imtina ediblər. \\Redaktor