Zelenski Paşinyan ilə görüşündən yazdı
2023-10-05 18:25:55
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski İspaniyanın Qranada şəhərində keçirilən Avropa sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü barəsində “İks” (X) şəbəkəsində məlumat verib.
Zelenski yazıb: “Ermənistan Prezidenti Nikol Paşinyan ilə ilk görüşümüz zamanı Cənubi Qafqazda təhlükəsizlik məsələsini vurğuladıq. Ukrayna regionda sabitlik olmasında və xalqlar arasında dostluqda maraqlıdır. Biz ikitərəfli əməkdaşlıq məsələlərini və regionalararası iqtisadi layihələri də müzakirə etdik”.
Hürr Tərcüman