Zelenski Priqojinin qətli ilə bağlı ittiham səsləndirdi: “Bizdə məlumat var”
2023-09-08 14:01:16
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarını “Vaqner” özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojinin ölümündə ittiham edib.
Zelenski Kiyevdə keçirilən “Yalta” sammitində deyib: “Putin – həm insan, həm də siyasətçi kimi məhv olub. O, Priqojini öldürüb – bizdə belə bir informasiya var... Bizim üçün bu, bir terrorçunun azalması deməkdir”.
Zelenski “Vaqner”in çökməsi ilə rusiyalı hərbçilərin ruhdan düşdüyünü və bunun Ukraynanın xeyrinə olduğunu söyləyib.
Lakin Zelenski Putini hansı faktların əsasında ittiham elədiyini dəqiqləşdirməyib.
Hürr Tərcüman