📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Putinə üz tutdu: “Ölümləri dayandırmaq üçün danışıqlara başlamalıyıq”

2022-02-25 16:47:00

Zelenski Putinə üz tutdu: “Ölümləri dayandırmaq üçün danışıqlara başlamalıyıq”

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə müraciətlə onu danışıqlar aparmağa dəvət edib. Zelenski deyib: “Ukraynanın hər yerində döyüşlər davam edir. Ölümləri dayanadırmaq üçün müzakirə masasına oturmalıyıq”.

“Bu, Avropaya qarşı müharibənin başlanğıcıdır”

Zelenski deyib: “Rusiyanın Ukraynanı işğal eləməsi sadəcə bir işğal deyil. Avropaya qarşı müharibənin başlanğıcıdır. Avropa çevikliklə hərəkət edərcə, müharibəni dayandıra bilər”.

Rusiyanın şərti

Xatırladaq ki, Rusiya XİN-in rəhbəri Sergey Lavrov Rusiya üçün Kiyevlə danışıqların ilkin şərtinin ukraynalı hərbçilərin tərk-silah edilməsinin olduğunu söyləyib.

Hürr Tərcüman