📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Putini gözləyən təhlükədən danışıb

2023-06-23 10:51:00

Zelenski Putini gözləyən təhlükədən danışıb

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski BBC kanalına müsahibəsində rusiyalı həmkarı Vladimir Putinin nüvə silahı təhdidlərini dayandırmayacağı təqdirdə dünyanın Rusiya Prezidentini həyatdan məhrum etmək yolunu tapacağını deyib. Zelenski deyib: “Əgər o, nüvə silahından istifadə eləməkdən danışırsa, bu məsələdə heç kim sizə yüz faizlik proqnoz verə bilməz. Mən öz fikrimi deyə bilərəm. Hesab edirəm ki, o, öz həyatı üçün qorxur. Hesab edirəm ki, əgər o, dünyanı nüvə silahı ilə təhdid eləməyə son qoymazsa,  dünya onu həyat fəaliyyətindəm məhrum eləmək formatını tapacaq. Bu, çox təhlükəlidir. Ona görə də o, bu mesajları çox ehtiyatla verir”.

Zelenski Putinin ətrafında olub “nüvə mövzusunu” qaldıran adamları da təhlükəli hesab edir. Zelenski deyib: “Onun Belarus ərazisinə nüvə silahı nəql eləməsi də təhlükəlidir...  Lakin indi Putinin nüvə silahından istifadə eləməyə hazır olduğunu düşünmürəm, çünki diktator öz həyatını çox sevir”.

Hürr Tərcüman