Zelenski: "Putinin növbəti hədəfi Qazaxıstandır"
2024-03-12 12:49:47
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski deyib: "Vladimir Putinin planı aydındır: bütün dünyada çox sayda qeyri-sabitlik mərkəzləri yaratmaq. Onun etdiyi budur, onun taktikası aydındır. Qalib olmaq üçün ona dünyada heç bir ölkəni məhv eləmək lazım deyil. Ona bir şey etmək lazımdır - bir ölkədə qeyri sabitliyə nail olmaq və onun bir hissəsini işğal etmək".
Zelenskinin sözlərinə görə, Putinin yerüstü əməliyyatları Baltika ölkələrinə, Moldovaya toxuna bilər.
Zelenski deyib: "Onun Çin ilə dialoqu yoluna qoymaq üçün Qazaxıstandakı sabitliyi pozmağa hazırlaşdığına əminəm".
Hürr Tərcüman