📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Putinlə danışığa hazır olduğunu bəyan etdi

2024-07-22 10:56:34

Zelenski Putinlə danışığa hazır olduğunu bəyan etdi

Ukrayna lideri Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyünü istisna etməyib. 

Hurriyyet.az xəbər verir ki, Zelenski Ukraynada bu cür danışıqları qadağan edən hazırkı fərmana baxmayaraq, Putinlə dialoqa getməyə razı olduğunu nümayiş etdirib. 

“Rusiya ikinci sülh sammitinə dair plan haqqında danışmağa hazırdırsa, o zaman biz tərəfdaşlarımız və Rusiyanın nümayəndələri ilə danışmağa hazır olacağıq”, - deyə Zelenski bildirib. 

Eyni zamanda o vurğulayıb ki, Putinin özünün və ya başqasının danışıqlar aparmasının fərqi yoxdur, əsas məsələ sülhə nail olmaqdır.